Putin Ərdoğana onun haqqında çəkilən sənədli filmi təqdim edib

Rusiya prezidenti Vladimir Putin prezident Rəcəb Tayyib Ərdoğana Ərdoğanla bağlı sənədli film tədim edib.

2033116
Putin Ərdoğana onun haqqında çəkilən sənədli filmi təqdim edib

Rusiya prezidenti Vladimir Putin prezident Rəcəb Tayyib Ərdoğana onun haqqında çəkilən sənədli film tədim edib.

Kremlin sözçüsü Dmitriy Peskov Rusiyanın TASS xəbər agentliyinə deyib ki, Putin onun haqqında çəkilən sənədli filmi Rusiyanın Soçi şəhərində Ərdoğana təqdim edib.

Ərdoğanla bağlı sənədli filmi rusiyalı jurnalist, TASS İnformasiya Agentliyinin baş direktor müavini Mixail Qusman hazırlayıb.

Daha əvvəl Ərdoğanla 4 dəfə müsahibə hazırlayan Qusmanın “Formula Vlasti” (İqtidarın farması) proqramı çərçivəsində hazırladığı sənədli filmdə Ərdoğanın uşaqlıqdan bəri keçdiyi həyat yolu, siyasətdə yüksəlişi, uğurları və idarəçilik dövründəki xidmətləri əvvəlki müsahibədən hissələrlə birlikdə öz əksini tapıb.

Bundan başqa, sənədli filmdə yaxın zamanda Türkiye Cümhuriyyəti Kommunikasiya Müdirliyinin koordinasiyası ilə rus dilinə tərcümə edilən “Daha ədalətli bir dünya mümkündür” adlı kitabından mühüm sitatlar gətirilərək prezident Ərdoğanın fikirlərinə də diqqət çəkilib.

Rusiyanın “Rossiya-24” dövlət televiziya kanalında yayımlanan sənədli film iyun ayında Türkiyenin Moskvadakı səfirliyində nümayiş olunub.

Rusiyalı jurnalist Qusman prezident Ərdoğanın böyük siyasətçi olduğunu bəyan edib.

Qusman qeyd edib ki, Ərdoğanın hakimiyyət zirvəsinə gedən yolu asan olmayıb, lakin ölkəyə rəhbərlik etdiyi illər ərzində o, Türkiyenin daha da güclənməsini təmin edə bilib və nəticədə, dünyada onun rəyi nəzərə alınır. Müasir dünyanı başa düşən çox yüksək səviyyədə düşüncəyə sahib siyasi analitikdir.



Әlaqәli Xәbәrlәr