Harput qalasında saray mətbəxi aşkarlandı

Türkiyenin Elazığ vilayətinin tarixi Harput qalasında aparılan arxeoloji qazıntılar nəticəsində təxminən 1000 il yaşı olduğu təxmin edilən saray mətbəxi gün işığına çıxarılıb.

2028294
Harput qalasında saray mətbəxi aşkarlandı

Türkiyenin Elazığ vilayətinin tarixi Harput qalasında aparılan arxeoloji qazıntılar nəticəsində təxminən 1000 il yaşı olduğu təxmin edilən saray mətbəxi gün işığına çıxarılıb.

Roma, Bizans, Sasani, Artuklu, Səlcuqlu, Dulkadiroğulları, Səfəvilər və Osmanlılar kimi bir çox sivilizasiyanın izlərini özündə ehtiva edən Urartu Krallığı tərəfindən divarlarla əhatə olunmuş, məskunlaşmanın eramızdan əvvəl 3 min ildə başladığı Harput qalasında arxeoloji qazıntı və bərpa işləri mərhələli şəkildə davam edir. 

Qalanın Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil olan Sarayönü adlanan hissəsində aparılan qazıntılar nəticəsində qala idarəçiləri və dövlət xadimləri üçün yemək və çörəyin bişirildiyi mətbəx bölməsi tapılıb. 

Tamamlanmış arxeoloji qazıntılar nəticəsində yaşı təxminən 1000 il olduğu təxmin edilən saray mətbəxində 8 ədəd təndir və çoxu sınıq qablar və bir katapult topu aşkar edilib.

Harput qalası qazıntılarının rəhbəri professor İsmail Aytaç və  komandası tərəfindən tapılan saray mətbəxi ilə katapult topundan bəhs edilən kitabə ilə birlikdə bərpa işlərinin tamamlanmasından sonra ziyarətçilərin üznə qapıları açılaraq turizmə qazandırılacaq.



Әlaqәli Xәbәrlәr