Ankarada Türk Cümhuriyyətlərinin ənənəvi əl işləri sərgisinin açılışı olub

Türkiyenin paytaxtı Ankarada Türk Cümhuriyyətlərinin ənənəvi əl işləri sərgisinin açılışı olub

2026549
Ankarada Türk Cümhuriyyətlərinin ənənəvi əl işləri sərgisinin açılışı olub
turk el sanatlari sergisi ankara.jpg
turk el sanatlari sergisi ankara.jpg
turk el sanatlari sergisi ankara.jpg

Türkiyenin paytaxtı Ankarada  Türk Cümhuriyyətlərinin ənənəvi əl işləri sərgisinin açılışı olub

Keçiören Bələdiyyəsi və TÜRKSOY-un təşkilatçılığı ilə Bələdiyyənin Rəsm Qalereyasında keçirilən sərginin açılışında Keçiören Bələdiyyəsinin sədri Turqut Altınok, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Ankara Millət vəkili Zeynep Yıldız, TÜRKSOY-un baş katibi Sultan Raev, Qazaxıstan Respublikasının Ankaradakı səfirliyinin müşaviri Merey Mukajan, Türkmənistan səfirliyinin mədəniyyət attaşesi Merdan Nurmuradov, Azərbaycan Respublikasının Türkiyedəki səfirliyinin birinci katibi İslam Quliyev, Şimali Kıbrıs Türk Respublikasının Təhsil və Mədəniyyət Attaşesi Bünyamin Merhametsiz, Qazaxıstanın mədəniyyət məsələləri üzrə məsləhətçisi Dimaş Omurali, Özbəkistan Respublikasının Türkiyedəki səsirliyinin 2-ci katibi Dilruh Temiraliev, Qırğızıstan Respublikasının Türkiyedəki səfirliyinin attaşesi Begimay Bakıtbeq və sənətsevərlər iştirak ediblər.
Sərginin açılışında çıxış edən Keçiören Bələdiyyəsinin sədri Turqut Altınok deyib:"Sərgimiz bizi öz köklərimizə, tariximizə, keçmişimizə və minillik mədəniyyətimizə aparan bir sərgidir''.
Turqut Altınok son dövrdə Türkiyə ilə Türk Cümhuriyyətləri arasında birlik və həmrəyliyin nəzərəçarpacaq dərəcədə artdığını və bu həmrəyliyin qorunub saxlanılması lazım olduğunu bildirib.
Çıxışlardan sonra TÜRKSOY-un baş katibi Sultan Raev Altınoka Türk dünyası və mədəniyyətinə xidmətlərinə görə “Üstün xidmət” medalını təqdim edib. 
Türk Cümhuriyyətlərinin ənənəvi əl işləri sərgisi sentyabrın 3-dək Keçiören Sənət Qalereyasında ziyarətçilərini qəbul etməyə davam edəcək.



Әlaqәli Xәbәrlәr