Britaniya muzeyinin anbarlarındakı bir çox əsər itib, oğurlanıb və ya zədələnib

İngiltərənin ən əhəmiyyətli muzeylərindən biri olan Britaniya muzeyinin anbarlarındakı bir çox əsərin itdiyi, oğurlandığı və ya zədələndiyi üzə çıxıb.

2025964

Britaniya muzeyindən verilən açıqlamada anbarlarda olan bəzi şüşə və qızıl əşyaların, zinət əşyalarının və qiymətli daşların itdiyi, oğurlandığı və ya zədələndiyi bildirilib.

Sözügedən əsərlərin heç birinin sərgilənmədiyi vurğulanan açıqlamada eramızdan əvvəl 15-ci əsr ilə 19-cu əsrə aid əsərlərin akademik araşdırma məqsədi ilə anbarlarda olduğu qeyd edilib.

Açıqlamada əsərlərin kiçik parçalar olduğu, onların itirilməsi, oğurlanması və zədələnməsinə görə məsuliyyət daşıyan muzey əməkdaşlarının fəaliyyətinə xitam verildiyi və barələrində qanuni iş başlanıldığı bildirilib.

Etiketlәr: #Britaniya muzeyi

Әlaqәli Xәbәrlәr