Mersində II əsrə aid antik əsərlər tapıldı

İncəsənət tarixçiləri, ekspert arxeoloqlar və tələbələrdən ibarət 15 nəfərlik arxeoloji komanda vaxtilə mühüm ticarət mərkəzi kimi tanınmış tarixi ərazidə işlərini davam etdirir

2024428
Mersində II əsrə aid antik əsərlər tapıldı

 

  Türkiyənin Mersin rayonunda yerləşən, Ellinizm dövrünün mühüm yaşayış məskənlərindən biri olan Olba antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı eramızın II əsrinə aid sayılan qadın heykəli və mifoloji səhnələri olan 2 friz parçası tapılıb.

  Mersinin Ören məhəlləsindəki bu antik şəhərdə 2023-cü ilin iyul ayında başlayan qazıntılar Ardahan Universiteti Arxeologiya bölümünün dosenti Yavuz Yeğinin başçılıq etdiyi qrup tərəfindən aparılır.

  İncəsənət tarixçiləri, ekspert arxeoloqlar və tələbələrdən ibarət 15 nəfərlik arxeoloji komanda vaxtilə mühüm ticarət mərkəzi kimi tanınmış tarixi ərazidə işlərini davam etdirir.

  Qeyd edək ki, 2023-cü ildə qədim şəhərin müxtəlif ərazilərində aparılan qazıntılar zamanı eramızın II əsrinə aid qadın heykəli və 2 friz (memarlıqda döşəmə tiri ilə dam arasında, relyef və ya daşla bəzədilmiş) düz zolaq) aşkar edilib. Qoruma altına alınan əsərlər araşdırılmaq üçün Silifke Muzeyinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr