ABŞ İtaliyadan oğurlanmış əsərləri geri qaytardı

İtaliyaya qaytarılan qablar, rəsmlər və heykəllərin 3 min il əvvələ aid olduğu bildirilir

2023880
ABŞ İtaliyadan oğurlanmış əsərləri geri qaytardı

 

  ABŞ İtaliyadan oğurlanmış və ötən əsrin 90-cı illərində ölkədəki muzeylərə və kolleksiyaçılara satılan 250-dən çox əl işi əntiq əşyanı geri qaytardı.

  İtaliyaya qaytarılan qablar, rəsmlər və heykəllərin 3 min il əvvələ aid olduğu bildirilir.

  Əsərlər arasında olan bəzi mozaikalar milyonlarla avro dəyərindədir. Bunlar 1990-cı illərdə İtaliyadan oğurlanaraq hərracçılar vasitəsilə ABŞ-dakı muzey və kolleksiyaçılara satılmışdı.

  İtaliya Mədəniyyət Nazirliyindən verilən açıqlamada polisin Texasdakı muzeydə sərgilənən əsərlərin qeyri-qanuni yollarla əldə edildiyini öyrəndiyi, kolleksiyaçının isə antik əşyaları geri qaytardığı bildirilib.



Әlaqәli Xәbәrlәr