Türk rok musiqisinin ustadı Erkin Koray dünyasını dəyişib

Anadolu rok musiqisinin əfsanəvi adı Erkin Koray dünyasını dəyişib.

2021468
Türk rok musiqisinin ustadı Erkin Koray dünyasını dəyişib

Anadolu rok musiqisinin əfsanəvi adı Erkin Koray dünyasını dəyişib.

Bir müddətdir Kanadada yaşayan 82 yaşlı sənətçinin xəstələndiyi və aparıldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

Erkin Koray sənət həyatı boyu bir çox orijinal əsərlər yaradıb. Sənətçi həm də Anadolunun mədəni irsinin qorunub saxlanmasında, bir çox türkülərin yenidən tərtibatında və tamaşaçılara təqdim olunmasında öz töhfəsini verib.

Sənət həyatı boyu bir çox mükafata layiq görülən Korayın vəfatı ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabından başsağlığı paylaşımı edib.

Ərdoğan "Türk musiqisinin duayenlərindən olan Erkin Korayın vəfatını kədərlə öyrəndim. Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, bütün sevənlərinə və sənət dünyasına başsağlığı verirəm" ifadələrdən istifadə edib.

Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, səhiyyə naziri Fahrettin Koca və kommunikasiya idarəsinin direktoru Fahrettin Altun kimi siyasət və sənət dünyasının bir çox adı da başsağlığı paylaşımları ediblər.



Әlaqәli Xәbәrlәr