Özkan Uğur üçün dəfn mərasimi keçirilib

Mərasimdə sənətçinin ailəsi ilə yanaşı, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da daxil olmaqla yaxın dostları və pərəstişkarları iştirak ediblər.

2009888
Özkan Uğur üçün dəfn mərasimi keçirilib

Uzun müddətdir mübarizə apardığı xərçəng xəstəliyindən şənbə günü 69 yaşında dünyasını dəyişən aktyor və Mazhar Fuat Özkan (MFÖ) qrupunun üzvü Özkan Uğur üçün İstanbul Atatürk Mədəniyyət Mərkəzində (AKM) mərasim keçirilib. 

Mərasimdə sənətçinin ailəsi ilə yanaşı, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da daxil olmaqla yaxın dostları və pərəstişkarları iştirak ediblər.

Ersoy mərasimdəki çıxışında kədərini dilə gətərək deyib:

"Bu gün türk musiqisinin bir əfsanəsi ilə birlikdə vidalaşırıq. Harada olmağımızdan asılı olmayaraq ekranda musiqisi ilə bizi heyran edən təbii şəxsiyyətindən çox şey danışmaq mümkündür".

Özkan Uğur Taksim məscidində qılınan cənazə namazından sonra Karacaahmet qəbiristanlığında dəfn edilib.
Limfomadan əziyyət çəkən Ö.Uğur üç ay idi ki, reanimasiyada idi.

Qeyd edək ki, sənətçi 1953-cü ildə anadan olub. Bir sıra məşhur serial və filmlərdə oynayıb.



Әlaqәli Xәbәrlәr