2 min illik rəsimdə müasir pizzanın qədim versiyası aşkarlandı

Neapol yaxınlığındakı Pompey Arxeoloji Parkında bu yaxınlarda aparılan qazıntılar zamanı yarısökük divarda aşkar edilmiş 2 min illik rəsimdə üzərində dairəvi kökə və təzə qurudulmuş meyvələr olan gümüş qab təsvir olunub

2009427
2 min illik rəsimdə müasir pizzanın qədim versiyası aşkarlandı

 

  Neapol yaxınlığındakı Pompey Arxeoloji Parkında bu yaxınlarda aparılan qazıntılar zamanı yarısökük divarda aşkar edilmiş 2 min illik rəsimdə üzərində dairəvi kökə və təzə qurudulmuş meyvələr olan gümüş qab təsvir olunub.

  Ekspertlər bildiriblər ki, müasir pizzanın bu qədim versiyasına pomidor və pendir kimi o vaxtlar əlçatan olmayan klassik inqrediyentlər daxil olmurdu, əvəzində onun tərkibində ananasa oxşar qida məhsulu var idi. Ona görə hesab olunur ki, freskada ellinistik dövrdən gələn yunan ənənəsinə uyğun olaraq qonaqlara təklif olunan sovqatları təsvir edilib.

  Xatırladaq ki, Roma imperiyasının Pompey şəhəri eramızın 79-cu ilində 2 minə yaxın insanın ölümünə səbəb olan Vezuvi vulkanının püskürməsindən sonra kül altında qalıb. Şəhərin xarabalıqları arxeoloqların 1748-ci ildə apardıqları ilk qazıntılardan bəri tapdıqları eksponatların xəzinəsidir.

 



Әlaqәli Xәbәrlәr