Türkiyə ilin ilk 5 ayında 15 milyondan çox turist qəbul etdi

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə...

2003702
Türkiyə ilin ilk 5 ayında 15 milyondan çox turist qəbul etdi

 

  Türkiyə 2023-cü ilin ilk beş ayında 15 milyon 590 mindən çox turist qəbul edib.

  Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, qonaqların 14 milyon 34 min nəfərini əcnəbilər, 1 milyon 559 min nəfərini isə xaricdə yaşayan vətəndaşlardır.

  Yanvar-may aylarında Türkiyəyə gələn xarici turistlərin sayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,65 faiz artım qeydə alınıb.

  İlin ilk beş ayında Türkiyəyə ən çox turist Rusiyadan gəlib (ötən ilin müvafiq dövrünə nisbətən 110,12 faiz artım), Almaniya 20,75 faiz artımla ikinci, Bolqarıstan isə 11,64 faiz artımla üçüncü olub. Sonrakı yerlərdə Böyük Britaniya və İrandır.

 



Әlaqәli Xәbәrlәr