E.ə. 14-cü əsrə aid səkkizbucaq saplı qılınc tapıldı

Bavariya Dövlət Abidələrinin Mühafizəsi Departamentindən verilən məlumata görə...

2001659
E.ə. 14-cü əsrə aid səkkizbucaq saplı qılınc tapıldı
almanya kilic1.jpg
almanya kilic.jpg

 

  Almaniyanın Bavariya əyalətində arxeoloqlar Donau-Ries bölgəsində qazıntılar zamanı tunc dövrünə aid qılınc tapıblar.

  Bavariya Dövlət Abidələrinin Mühafizəsi Departamentindən verilən məlumata görə, Nördlingen şəhərində aparılan arxeoloji qazıntılar zamanı 3000 il əvvələ aid və demək olar ki, parıltısını saxlayan bürünc qılınc üzə çıxarılıb.

  Səkkizbucaqlı sapı tamamilə tuncdan olan qılıncın eramızdan əvvəl 14-cü əsrə aid olduğu güman edilir.

  Arxeoloqlar kişi, qadın və bir gəncin bir-birinin yanında dəfn olunduğu və çoxlu dəfn hədiyyələrinin tapıldığı məzardan çıxarıblar bu qılıncı. Eyni məzarda dəfn edilən üç nəfərin bir-biri ilə qohum olub-olmadığı məlum deyil.

  Səkkizbucaqlı qılınc çox zəhmətlə başa gəldiyi bəllidir. Amma üzərində izlər yoxdur. Buna görə qılıncdan əsl silah kimi istifadə edilib-edilmədiyi araşdırılır.  

  Bavariya Sənət Əsərlərinin Mühafizəsi İdarəsinin rəhbəri professor Matias Pfayl (Matias Pfeil) qılıncın bu günə qədər bu şəkildə qorunub saxlanmasının qeyri-adi bir vəziyyət olduğuna diqqət çəkərək “Bu, çox nadir tapıntıdır”.



Әlaqәli Xәbәrlәr