Aşağı büdcəli kilsələri qorumaq üçün ianə kampaniyasına başladı

Yelisey Sarayından verilən məlumata görə...

1996184
Aşağı büdcəli kilsələri qorumaq üçün ianə kampaniyasına başladı

 

  Fransada hökumət aşağı büdcəli kilsələri qorumaq və bərpa etmək üçün ianə kampaniyasına başladı.

  Yelisey Sarayından verilən məlumata görə, ölkə prezidenti Emmanuel Makron iyunun 5-də Normandiya sahillərində UNESCO-nun Ümumdünya Mirası Siyahısına daxil olan Mon-Sen-Mişel (Mont Saint-Michel) kilsəsinin tikintisinin 1000-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.

  E.Makron ölkədəki mədəni strukturları qorumaq üçün genişmiqyaslı yardım kampaniyasına göstəriş verib.

  Fransa Mədəniyyət Nazirliyinin dəstəyi ilə 50 minə yaxın ibadət yerinin 10.500-nün qorunduğu ölkədə hökumət xüsusilə az adamın yaşadığı ərazilərdə kilsələri qorumaq üçün geniş miqyaslı yardım kampaniyası həyata keçirir.

  Toplanan ianələrin paytaxt Parisdə 2019-cu ilin aprelində yanan və bərpa işləri davam edən tarixi Notr-Dam katedrali üçün də istifadə ediləcəyi nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr