Azərbaycan küçə yeməkləri təbliğatı başlayır

Bunu Bakıda keçirilən “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib...

1996143
Azərbaycan küçə yeməkləri təbliğatı başlayır
qutab_Azərbaycan.jpg

 

  “Azərbaycanda “Street food” konsepsiyası üzərində iş gedir”, bunu Bakıda keçirilən “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib. O deyib: “Söhbət əsasən qutab növlərindən gedir. Ölkəmizdə daha çox Türkiyə mətbəxinə məxsus dönər və lahmacun “Street food” kimi tanınır. Amma biz istəyirik ki, özümüzün milli yeməklərimizi təqdim edək. Bu da əsasən qutab növləri ilə bağlıdır. Həmçinin biz Türkiyə, İsrail kimi dost ölkələrdə milli qutab mərkəzlərinin fəaliyyət göstərməsini istəyirik.

  Azərbaycan milli mətbəxinin ölkəmizdə təbliği məqsədilə 14 müxtəlif regionda iş aparmışıq və tezliklə platformanı geniş şəkildə təqdim edəcəyik”.



Әlaqәli Xәbәrlәr