Müğənni Tina Törner vəfat etdi
Dünyaşöhrətli amerikalı müğənni, aktrisa və yazar Tina Törner 83 yaşında vəfat edib.
1990699
TRT-nin xarici KİV-ə istinad etdiyi xəbərə görə məşhur müğənin vəfat xəbərini onun sözçüsü təsdiqləyib.
Törnerin rəsmi sosial media hesabında ölümü ilə bağlı bəyanat da yayılıb:
“Tina Törner İsveçrənin Sürix yaxınlığındakı Kusnacht şəhərində uzunsürən xəstəlikdən sonra bu gün 83 yaşında vəfat edib”.
Qeyd edək ki, ABŞ əsilli ulduz “The Best”, “Proud Mary”, “Private Dancer” və “What's Love Got to With It” kimi hitləri ilə tanınıb.
O, ilk dəfə 1960-cı illərdə keçmiş əri Ike Turner ilə birlikdə hazırladığı "River Deep”, “Mountain High” adlı klassik mahnıları ilə şöhrət tapıb.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...