“Azərbaycan rüzgarı” Şuşa üçün əsdi

Səidə Ömər sözügedən mövzu ilə bağlı deyib...

1987604
“Azərbaycan rüzgarı” Şuşa üçün əsdi
Səidə Ömər_Hulusi Kılıç.jpeg

 

  Türkiyədə yayımlanan “Azərbaycan rüzgarı” televiziya proqramı bu dəfə  bütünlükdə Şuşaya həsr edilib. 

  Beynəlxalq Türk Mədəniyyət Təkilatı – TÜRKSOY Daimi Şurasının qərarı ilə Şuşa 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib. Bu çərçivədə Türkiyənin bir telekanalında hər bazar günü yayımlanan “Azərbaycan rüzgarı” Qarabağın incisi Şuşaya həsr olundu.

  Proqramda TÜRKSOY-un baş katibi Sultan Raevin Şuşadan çıxışı səsləndi və mayın 12-də Şuşa-2023 Türk Dünyasının Mədəniyyət Paytaxtı ilə əlaqədar keçirilən açılış mərasimindən görüntülər göstərildi.

  Daha sonra  Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovun təbrik mesaji və Türkiyənin Azərbaycandaki sabiq səfiri Hulusi Kılıçın çıxışı yer aldı. Qonaqlar Azərbaycanın bugünkü gücündən, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğundan və “Şuşa bəyannəməsi”nin vacibliyindən bəhs etdilər.

  Proqramda Şuşaya həsr olunan şerlər səsləndi, mahnılar ifa olundu və hər il may ayında keçirilən Xarıbülbül festivalının görüntüləri ilə başa çatdı.

  Türkiyə tamaşaçıları tərəfindən rəğbətlə qarşılanan və çoxlu tamaşaçısı olan “Azərbaycan rüzgarı” telelayihəsinin müəllifi və aparıcısı, İstanbul Universitetinin aspirantı Səidə Ömər sözügedən mövzu ilə bağlı deyib: “Şuşa haqqında belə bir veriliş hazırlamaq ən böyük arzularımdan biriydi. Bunu Şuşa-2023 Türk Dünyasının Mədəniyyət Paytaxtı tədbirləri çərçivəsində həyata keçirə bildim. Çox şadam.”

  Qeyd edək ki, “Azərbaycan rüzgarı” proqram Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə yayımlanır.



Әlaqәli Xәbәrlәr