TRT-nin beynəlxalq rəqəmsal platforması “Tabii” təqdim olundu

TRT beynəlxalq rəqəmsal platforması "Tabii"yə "www.tabii.com" ünvanından daxil ola biləcəksiniz

1982538
TRT-nin beynəlxalq rəqəmsal platforması “Tabii” təqdim olundu
altun sobacıı.jpg
altun sobacı.jpg

 

  Türkiyə Radio və Televiziya Qurumu – TRT-nin beynəlxalq rəqəmsal platforması (Uluslararası Dijital Platformu) “Tabii” Beykoz Kundura Fabrikində təqdim olundu.

  Tədbirdə Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altın, TRT-nin baş direktoru Zahid Sobacı, Anadolu Agentliyinin (AA) baş direktoru Sərdar Karagöz, AA-nın baş direktoru Yusuf Özhan, eləcə də kino, siyasət, idman, biznes nümayəndələri iştirak ediblər.

  Çıxışı zamanı Fəxrəddin Altın deyib: “TRT rəqəmsal platforması qlobal arenada çox ciddi yarışacaq.

  TRT rəqəmsal platforması 5 dildə yayıma başladı.

   İndi təkcə istehlak etmir, həm də istehsal edirik. Bunu mədəniyyət sahəsində də konkret şəkildə göstərdik.

  Bizi birləşdirən hekayələrlə bütün dünyaya səslənirik. Düşünürəm ki, bu layihə Cümhuriyyətimizin 100 yaşına, “Türkiyə əsri”nə layiq olacaq”.

  Tədbirdə çıxış edən Mehmet Sobacı TRT olaraq uzun müddətdir beynəlxalq rəqəmsal platforma üçün səylə çalışdıqlarını bildirərək belə söylədi: “Daha ədalətli dünya” şüarı ilə inkişaf etdirdiyimiz rəqəmsal platforma ölkəmizi beynəlxalq arenada yeni brend etmək üçün qlobal səyahətinin ilk addımını atır.

  TRT Türkiyənin qulaq və göz yaddaşıdır. Bu gün səsimiz 18 televiziya kanalı, 17 radio kanalı, 7 beynəlxalq rəqəmsal xəbər platforması, çoxsaylı tətbiqlər, onlarla milli və beynəlxalq səviyyədə tədbirlər, 41 dil və ləhcədə 7 qitədə əks-səda yaratmaqdadır.

  TRT müasir dövrün ehtiyaclarını və ortaya çıxan potensialları dəyərləndirərək fəaliyyət göstərməyi hər zaman əsas prinsip kimi qəbul etmişdir.

  Biz filmlərimiz və seriallarımızla yanaşı, TRT uşaqlarımız üçün yeni animasiya məzmunu ilə bizə etibar edən ailələrimizin yeni rəqəmsal evi olacaq.

  TRT beynəlxalq rəqəmsal platforması ilk mərhələdə türk, ingilis, ispan, urdu və ərəb dillərində hazırlanacaq, 30 yeni istehsal və 184 bölüm ilə ən zəngin orijinal məzmuna malik platforma adını daşıyacaq.

  Sevilən proqramlarla yanaşı, yaxşı layihələrimizin də yer alacağı platformamız mayın 7-də tamaşaçılara təqdim olunacaq.

  TRT beynəlxalq rəqəmsal platforması "Tabii"yə "www.tabii.com" ünvanından daxil ola biləcəksiniz. Bu, ilk növbədə Türkiyədəki istifadəçilər üçün pulsuz olacaq”.



Әlaqәli Xәbәrlәr