Misirdə Roma, Pers, Bizans və Kopt dövrlərinə aid 22 antik məzar ortaya çıxdı

Misir Turizm və Qədim Əsərlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir...

1951625
Misirdə Roma, Pers, Bizans və Kopt dövrlərinə aid 22 antik məzar ortaya çıxdı

 

  Misirin Minye vilayətində 2000 ildən çox müxtəlif tarixi dövrlərə aid 22 antik məzar tapılıb.

  Misir Turizm və Qədim Əsərlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “Tarixi Əsərlər Ali Şurası ilə Barselona Universiteti (Universitat de Barcelona) birgə heyəti Minye vilayətinin Behnesa bölgəsində fəaliyyətlərini davam etdirir. Elmi heyət bölgədə apardığı arxeoloji qazıntılar zamanı Roma dövrünə aid 3, Pers (fars) dövrünə aid 3, Bizans və Kopt dövrlərinə aid 16 məzar ortaya çıxarıb”.



Әlaqәli Xәbәrlәr