TRT-nin birgə istehsalı olan filmlər 2022-ci ildə 117 mükafat qazandı

Milli və beynəlxalq film festivallarında yarışan Türkiyə Radio Televiziya Qurumunun (TRT) birgə istehsalı olan filmlər 2022-ci ildə 117 mükafat qazanıb.

1927423
TRT-nin birgə istehsalı olan filmlər 2022-ci ildə 117 mükafat qazandı

Milli və beynəlxalq film festivallarında yarışan Türkiyə Radio Televiziya Qurumunun (TRT) birgə istehsalı olan filmlər 2022-ci ildə 117 mükafat qazanıb.

TRT-nin verdiyi açıqlamaya görə, il ərzində TRT-nin birgə istehsalı olan 36 film 218 festivalda yarışıb.

Türkiye kinosunun təcrübəli rejissorları və gənc istedadlarının çəkdiyi keyfiyyətli filmlərin ortağı olan TRT festival və yayım prosesində də filmlərə dəstək olur.

Kann, Sundans, Venesiya, Locarno, Berlin, Toronto, Tokio və Sarayevo film festivalı kimi bir çox festivala qatılan filmlər beynəlxalq festivallardan 85 mükafatla qayıdıb.

Dünya premyerasını keçirdiyi Kann Film Festivalında “Qızıl Palma Mükafatı”nı qazanan “Kədər üçbucağı” və Avropanın Oskarı sayılan Avropa Film Mükafatlarında “Ən yaxşı film”, “Ən yaxşı rejissor” , "Ən yaxşı ssenari" və "Ən yaxşı kişi rolu" mükafatlarını alıb.

"Qızıl Qlobus" mükafatlarında musiqili və ya komediya kateqoriyasında "Ən yaxşı film" və "Ən yaxşı ikinci plan qadın rolu" nominasiyalarına namizəd olan istehsal əsas kateqoriyalar üzrə Oskar yarışında sevilən filmlər sırasında göstərilir.

TRT-nin birgə istehsalı olan "Klondike" və TRT-nin dəstəklədiyi "A Ballad", "A Piece of SKY" və "Victim" "95-ci Akademiya Mükafatları"nda "Ən yaxşı beynəlxalq film" kateqoriyasında yarışmağa namizəd olan filmlər arasında yer alıb.

TRT-nin birgə istehsalı və TRT-nin dəstəyi ilə “Antalya Qızıl Portağal" Film Festivalı, “Boğaziçi Film Festivalı” və “İstanbul Film Festivalı”nda yarışan 17 film 32 mükafat qazanıb.

İl ərzində yeddi cizgi filmi və 18 TRT birgə istehsalı nümayiş etdirilib.

Ən çox baxılan 10 filmdən üçü TRT-nin ortaq istehsalı olub.

“Kesişme: İyi ki Varsın Eren” filmi 35 həftə tamaşada oldu.

Film 2 milyon 327 min 281 nəfər tərəfindən izlənilib və 2022-ci ilin ən çox izlənilən ikinci istehsalı olub.

TRT-nin ortaq istehsalı olan filmlər təxminən 7 milyon tamaşaçı tərəfindən izlənilib.



Әlaqәli Xәbәrlәr