“TÜRKSOY-un mübarək yolu”na görə “Əhməd Cavad-130” medalı

Kitab türk dünyasının dahilərini, mədəni zənginliyini, aydınlarını, ülvi dəyərlərini təbliğ edir

1918943
“TÜRKSOY-un mübarək yolu”na görə “Əhməd Cavad-130” medalı
Rəşad Məmmədov, Sabir Şahtahtı, Sultan Rayev.jpeg
Sabir Şahtahtı_04.jpeg
Sabir Şahtahtı_Sevda Mirzə_02.jpeg
Sabir Şahtahtı_Türksoy_01.jpeg

 

  AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər doktoru Sabir Şahtaxtı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təsis etdiyi “Əhməd Cavad-130” medalı ilə təltif edilib.

  “TÜRKSOY-un mübarək yolu” kitabına görə verilən mükafat laureata TÜRKSOY-un baş katibi Sultan Rayev və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tərəfindən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının mərkəzi qərargahında təqdim olunub.

  Qeyd edək ki, “TÜRKSOY-un mübarək yolu” kitabının təqdimatı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən TÜRKSOY-da birgə keçirilib.

  “TÜRKSOY Liderlərin baxışında” adlı birinci fəslində Ümummilli Lider Heydər Əliyevin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının təsis edilməsinin strateji əhəmiyyəti barədə tarixi fikirlərinin yer aldığı kitab türk dünyasının dahilərini, mədəni zənginliyini, aydınlarını, ülvi dəyərlərini təbliğ edir.



Әlaqәli Xәbәrlәr