Məhşur Hollivud aktrisası Kersti Elli vəfat edib

Aktrisanın xərçəng xəstəliyindən vəfat etdiyi bildirilib.

1915940
Məhşur Hollivud aktrisası Kersti Elli vəfat edib

Amerikalı aktrisa Kersti Elli (Kristie Alley) 71 yaşında vəfat edib.

Bu barədə onun övladları sosial şəbəkədə məlumat yayıb. Aktrisanın xərçəng xəstəliyindən vəfat etdiyi bildirilib.

Kersti Elli karyerasına 1980-ci illərdə başlayıb və ümumilikdə 70-dən çox film və serialda çəkilib. 1991-ci ildə “Şən dostlar” filmindəki roluna görə, “Ən yaxşı aktrisa” nominasiyasında “Emmi” və “Qızıl Qlobus” mükafatlarına layiq görülüb.

Aktrisanın rol aldığı digər məşhur ekran işləri içərisində “İki: Mən və mənim kölgəm”, “Kim danışardı”, “Yoxsulluqda və sərvətdə” filmləri, həmçinin “Veronikanın salonu”, “Şimal və Cənub”, “Şimal və Cənub” kimi seriallar da var.

1970-ci ildə orta məktəbdən sevgilisi olan Bob Elli ilə evlənən K.Elli 1977-ci ildə boşanıb. 1983-cü ildə Ellinin Parker Stivensonla evliliyi 1997-ci ildə boşanma ilə nəticələnib. Məşhur aktyorun övladlığa götürüyü iki övladı var.



Әlaqәli Xәbәrlәr