Şuşa ABŞ və Böyük Britaniya mətbuatında: 1827-1915-ci illərə aid qəzet materialları əsasında

Kitabda Şuşa ilə bağlı 1827-1915-ci illərdə ABŞ və Böyük Britaniya mətbuatında dərc edilən seçilmiş materiallar, onların tərcümə və şərhləri toplanıb

1914706
Şuşa ABŞ və Böyük Britaniya mətbuatında: 1827-1915-ci illərə aid qəzet materialları əsasında

 

  M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Şuşa ABŞ və Böyük Britaniya mətbuatında: 1827-1915-ci illərə aid qəzet materialları əsasında" kitabı nəşr olunub.

  Kitabxanadan bildirilib ki, kitabda Şuşa ilə bağlı 1827-1915-ci illərdə ABŞ və Böyük Britaniya mətbuatında dərc edilən seçilmiş materiallar, onların tərcümə və şərhləri toplanıb. Əsərdə Şuşada keçirilən məhərrəmlik mərasimindən, 1905-1906-cı illərdə ermənilərin Azərbaycan türk-müsəlman əhalisinə qarşı Şuşada törətdiyi soyqırımlardan, aclıq çəkən əhaliyə göndərilən humanitar yardımları əngəlləmək üçün onların törətdikləri vəhşiliklərdən, çar Rusiyasının Şuşada ruslaşdırma siyasəti və bu tədbiri pərdələmək üçün atdığı addımlardan bəhs olunur.

  Layihə rəhbəri və kitabın “Ön söz”ünün müəllifi professor Kərim Tahirov, tərcümə və şərhlərin müəllifləri tarixçi-alimlər Elnur Nəciyev və Ədibə İsmayılova, nəşrin redaktoru isə Günay Nəciyevadır.



Әlaqәli Xәbәrlәr