V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

R.Ağamalıyev bildirib ki, sentyabrın 7-dən 11-dək uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi festival Nizami Kino Mərkəzində baş tutacaq

1876457
V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı
V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı_01.jpeg
V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı_02.jpg

 

  Azərbaycanın paytaxtı Bakı şəhərinin Nizami Kino Mərkəzində V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı ilə bağlı mətbuat konfransı keçirilib.

  Tədbirdə festivalın təsisçisi və direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamaliyev, media meneceri Bahar Zeynallı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədr müavini Telman Məlikzadə, animator rəssam Nitya Ramloqan və başqaları iştirak ediblər.

  R.Ağamalıyev bildirib ki, sentyabrın 7-dən 11-dək uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi festival Nizami Kino Mərkəzində baş tutacaq: "Festival "Bir bilet - bir ağac" şüarı altında keçiriləcək. İqlim dəyişikliyinə həsr olunan tədbirdə bilet satışından əldə olunacaq gəlir azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. Festivala 50 müxtəlif ölkədən 230 film daxil olub. Seçim komissiyası müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq.

  Azərbaycandan 16 film müsabiqədə iştirak edir. Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq.

  Qaliblər V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının bağlanış məasimində elan olunacaq”.

 



Әlaqәli Xәbәrlәr