TÜRKSOY türk dünyasının rəssamlarını yenidən bir araya gətirdi

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk dünyasının rəssamlarını yenidən bir araya gətirib.

1869282
TÜRKSOY türk dünyasının rəssamlarını yenidən bir araya gətirdi

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk dünyasının rəssamlarını yenidən bir araya gətirib.

Budəfəki görüş Türkiyenin Safranbolu şəhərində təşkil olundu.

Safranbolu bələdiyyəsinin sədri Əlif Kösə və Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı rəsmi nümayəndəsi, TÜRKSOY 22-ci Rəssamlar Görüşməsi layihəsinin koordinatoru Elçin Qafarlı birgə mətbuat konfransında tədbirin məqsəd və nəticələri barədə geniş məlumat veriblər.

Bildirilib ki, məlum layihə çərçivəsində budəfəki tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan daxil olmaqla, ümumilikdə 11 məmləkətdən fırça sənətçiləri iştirak ediblər.

Layihənin tarixi, keçdiyi inkişaf yolu, qarşıya qoyulan vəzifələr barədə ətraflı məlumat verilib.

Avqustun 28-dək davam edəcək layihə çərçivəsində iştirakçı rəssamların əsərlərindən ibarət avqustun 27-də açılacaq sərgi sentyabrın 5-də başa çatacaq.

Münsiflər heyəti tərəfindən seçiləcək tabloların müəllifləri TÜRKSOY tərəfindən mükafatlandırılacaqlar.



Әlaqәli Xәbәrlәr