III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı

Avqustun 13-dən 20-dək III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək

1859273
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı

 

  Avqustun 13-dən 20-dək III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək.

  Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutacaq festival proqramı çərçivəsində gender məsələlərinə toxunan filmlər nümayiş olunacaq.

  “Bizdən sizə kim düşə?” festivalın builki şüarıdır.

  Festival çərçivəsində eyni zamanda, seçki komissiyası tərəfindən seçilən filmlər “Ən yaxşı uzun metrajlı film”, “Ən yaxşı qısametrajlı sənədli film” və “Ən yaxşı yerli sənədli film” kateqoriyaları üzrə yarışacaqlar. Bundan başqa, əlavə çoxsaylı yerli və beynəlxalq uzun və qısametrajlı sənədli filmin, masterklassların, panel müzakirələrin, filmlərdən sonra müzakirə sessiyalarının yer aldığı zəngin festival proqramı filmsevərlərin yolunu gözləyir.

  Müxtəlif ölkələrin kinematoqrafçılarının qonaq olacağı festival proqramının bütün filmləri orijinal dilində Azərbaycanca altyazı ilə nümayiş olunacaq.

  Qeyd edək ki, Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığa başlayıb və bu əməkdaşlıq çərçivəsində “Sevilfestin” builki qalib rejissoru “goEast” tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak haqqı qazanacaq.

  Xatırladaq ki, Sevil Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.

  Qeyd edək ki, “Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının “Sevil” pyesindən götürülüb.



Әlaqәli Xәbәrlәr