Türkiyədə Herakla aid döşəmə mozaikası tapıldı

Karamanoğlu Mehmetbey Universitetinin Ədəbiyyat fakültəsinin arxeologiya kafedrasının müəllimi və Syedra Antik Şəhər Arxeoloji Qazıntı Qrupunun rəhbəri dosent Ertuğ Ergürer sözügedən mövzu ilə bağlı deyib...

1859212
Türkiyədə Herakla aid döşəmə mozaikası tapıldı

 

  Türkiyənin Antaliya rayonunun Alanya qəsəbəsindəki Syedra antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı mifoloji qəhrəman Heraklın (Herkules) 12 vəzifəsini əks etdirən, təxminən 164 kvadratmetrlik döşəmə mozaikası tapılıb.

  Karamanoğlu Mehmetbey Universitetinin Ədəbiyyat fakültəsinin arxeologiya kafedrasının müəllimi və Syedra Antik Şəhər Arxeoloji Qazıntı Qrupunun rəhbəri dosent Ertuğ Ergürer sözügedən mövzu ilə bağlı deyib: “Təxminən 164 kvadratmetr sahədə qərar tutan, eni 7,9, uzunluğu 21,91 metr olan döşəmə mozaikası eramızdan əvvəl 2-ci əsrə aiddir. Lazımi mühafizə tədbirləri görüldükdən sonra mozaika ictimaiyyətlə paylaşılacaq. Hal-hazırda ərazidə bu mozaika və digər antik əsərlərin üzə çıxarılması üçün işlər davam edir.”



Әlaqәli Xәbәrlәr