“Qoz ağacı” Türkiyəyə mükafatla döndü

Serdar Orçin və Sezin Akbaşoğullarının baş rollarda oynadığı film festivalda həm fiziki, həm də onlayn olaraq tamaşaçılara göstərilib

1844365
“Qoz ağacı” Türkiyəyə mükafatla döndü

 

  Türkiyəli rejissor Faysal Soysalın “Qoz ağacı” filmi ABŞ-ın Kaliforniya ştatında keçirilən IX Müasir İncəsənət Film Festivalında “Ən yaxşı film” və “Ən yaxşı rejissor” mükafatlarına layiq görülüb.

  Serdar Orçin və Sezin Akbaşoğullarının baş rollarda oynadığı film festivalda həm fiziki, həm də onlayn olaraq tamaşaçılara göstərilib.

  Qeyd edək ki, 2022-ci ilin mart ayında Türkiyədə nümayiş olunan “Qoz ağacı” milli və beynəlxalq festivallardan bura qədər 15 mükafat alıb.

  Film festival səyahətini il boyu Qırğızıstan, Rusiya Federasiyası və Böyük Britaniyada müxtəlif tədbirlərlə davam etdirəcək.



Әlaqәli Xәbәrlәr