"TRT Français" rəqəmsal xəbər kanalı fəaliyyətə başlayıb

Paytaxt Ankarada “TRT Fransızca Rəqəmsal Kanal Tanıtım Proqramı” təşkil edilib.

1825941
"TRT Français" rəqəmsal xəbər kanalı fəaliyyətə başlayıb
Mehmet Zahid Sobaci.jpg
altun trt fransizca.jpg

"Bu gün beynəlxalq arenada az saydakı media şirkətinin hökmranlığı və hegemonluğu ilə üz-üzəyik. TRT-nin təşəbbüsü bu beynəlxalq hegemonluğa etirazdır, çıxışdır, alternativ yaratmaq cəhdidir".
Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Fransızca Rəqəmsal Telekanalının fəaliyyətə başlaması ilə bağlı keçirilən mərasimdə deyib.

Altun paytaxt Ankarada təşkil edilən “TRT Fransızca Rəqəmsal Telekanal Tanıtım Proqramı”nda etdiyi çıxışında bu mühüm məqama şahid olmaqdan xoşbəxt olduğunu bildirib.

TRT-nin çoxşaxəli radio və televiziya yayımları, rəqəmsal platformaları, brend istehsalları və beynəlxalq tədbirləri ilə bu gün 7 qitədə təsiri olan bir marka olduğunu bildirən Altun 2010-cu ildə qurulan "TRT Arabça" və 2015-ci ildə qurulan "TRT World"ün Türkiyənin regional gücü və qlobal aktyor olma yarışında həm bölgəsinə, həm də qlobal arenaya çıxış üçün çox əhəmiyyətli bir fürsət təqdim etdiyini ifadə edib. Rəqəmsal platformaların, "TRT Rusça" və "TRT Almanca"nın daha sonra fəaliyyətə başladığını xatırladan Altun, mayın 11-də yayıma başlayan "TRT Fransızca"nın uğulu olmasını diləyib.

TRT-nin 41 dil və ləhcədə internet vasitəsilə yayımının olduğunu qeyd edən Altun TRT-nin bu beynəlxalq yayım xətti daxilində eşidilməyənlərin səsini çıxarmağa, göstərilməyənləri göstərməyə, gizlədilən həqiqətləri ortaya çıxarmağa çalışdığını bildirib.

TRT-nin baş direktoru Mehmet Zahid Sobacı isə deyib:

""TRT Français" rəqəmsal xəbər kanalımız fransızdilli media dünyasında böyük bir boşluğu dolduracaq. Yəni məzmunda parametr zənginliyi, yeni perspektivlər, müxtəliflik kimi bir çox mövzuda beynəlxalq jurnalistika anlayışına yeni nəfəs gətirəcək. İslam və ksenofobiyaya qarşı maarifləndirməyə töhfə verəcəyik. "TRT Français"in ən təməl missiyalarından biri fransızdilli ölkələrin siyasi, iqtisadi, sosial və mədəni problemlərini, xüsusilə Fransa və Afrika qitəsinin gündəmlərini TRT-nin insanı mərkəzdə saxlayan yayım anlayışı ilə kütlələrə təqdim etməkdir. Dünya miqyasında 300 milyondan çox insanın danışdığı bu dildə xüsusi yayım aparmaq, müxtəliflik və dərinlik prinsipləri çərçivəsində insanlara yeni düşüncələr və qapılar açmaq deməkdir. Hadisələrin təkcə bu gününü deyil, həm də keçmişini və mümkün gələcəyini göstərmək şüurun formalaşmasına mühüm töhfə verir”.

"TRT Français"in bütün dünyada sürətlə artan anti-İslam və ksenofobiya ilə mübarizə aparmağı hədəflədiyini ifadə edən Sobacı “Bununla yanaşı "TRT Français"in beynəlxalq yayım şəbəkəmizdə iştirakı ilə xüsusilə Avropa başda olmaqla bütün dünyada artan İslamofobiya və ksenofobiyaya qarşı maarifləndirməyə töhfə verəcəyik. Türkiyənin qlobal humanitar siyasətlərinin və təcrübələrinin anlaşılmasında mühüm rol oynayacağıq. Mədəniyyət, incəsənət, idman, tarix zənginliyimizi daha çox insana çatdıracağıq. Bunu məhsuldarlığı təşviq etmək, qarşılıqlı tolerantlığa zəmin hazırlamaq və mədəni müxtəlifliyə vasitəçilik etmək üçün yerinə yetirəcəyik” deyib.

 



Әlaqәli Xәbәrlәr