TRT-nin istehsalı olan filmlər İstanbul Film Festivalında 5 mükafata layiq görülüb

TRT-nin birgə istehsalı olan filmlər İstanbul Mədəniyyət və İncəsənət Vəqfi (İKSV) tərəfindən təşkil edilən 41-ci İstanbul Film Festivalında   5 mükafata layiq görülüb.

1815338
TRT-nin istehsalı olan filmlər İstanbul Film Festivalında 5 mükafata layiq görülüb

Türkiyə Radio Televiziya Qurumunun (TRT) birgə istehsalı olan filmlər İstanbul Mədəniyyət və İncəsənət Vəqfi (İKSV) tərəfindən təşkil edilən 41-ci İstanbul Film Festivalında   5 mükafata layiq görülüb.

TRT-nin verdiyi məlumata görə, 8-19 aprel tarixləri arasında kinosevərlərlə görüşən “41. İstanbul Film Festivalı”nın Milli Yarışma bölməsində yarışan TRT-nin ortaq istehsalı olan “Klondike” “Ən yaxşı film” və “ Ən yaxşı kinematoqrafiya” mükafatlarına layiq görülüb.

Ukrayna-Rusiya sərhədində yaşayan İra adlı hamilə qadının kəndinin separatçı qruplar tərəfindən mühasirəyə alınmasına baxmayaraq evindən çıxmamasından bəhs edən “Klondike” filmi “Qızıl Lalə” baş mükafatını qazanıb.

Gecəyə qatıla bilməyən rejissor Maryna Er Qorbaç mükafatdan sonra göndərdiyi mesajda filmi uşaqların həyatı üçün mübarizə aparan ukraynalı qadınlara həsr etdiklərini ifadə edərək, Mədəniyyət və Turizm Nazirliyi və TRT-yə dəstəklərinə görə təşəkkür edib.

Festivalın sənaye bölməsində “Körpüdə görüşlər”, TRT-nin ortaq istehsalı olan “Dovşan İmperiyası” və “Bars” 3 mükafata layiq görülüb.

Rejissoru Seyfəddin Tokmak, prodüseri Zeynep Koray olan “Dovşan İmperatorluğu” filmi montaj mərhələsindəki layihələrin yarışdığı “İş davam edir” kateqoriyasında “Böyük Mükafat” və “Foley Mükafatı”nı alıb.

Rejissoru Orçun Köksal, prodüseri Sinan Kesovanın olduğu "Bars" filmi "Visual Dizayn Mükafatı"na layiq görülüb.

Festivalın sənaye bölməsi olan “Körpüdə Görüşlər”in “Film İnkişafı” kateqoriyasında yarışan 13 layihədən biri hər il olduğu kimi bu il də “TRT Xüsusi Mükafatı”na layiq görülüb.

Bu il aprelin 14-16-da keçirilən “Körpüdə görüşlər”in “Film inkişafı” kateqoriyasında rejissoru Alican Durbaş, prodüseri İpek Erden olan “Lo-Fi” layihəsi “TRT Xüsusi Mükafatı”nı qazanıb.



Әlaqәli Xәbәrlәr