BAFTA mükafatı qaliblərinin adı açıqlanıb

BAFTA-nın (Britaniya Kino və Televiziya Sənəti Akademiyası) növbəti laureatlarının adı açıqlanıb.

1794893
BAFTA mükafatı qaliblərinin adı açıqlanıb

BAFTA-nın (Britaniya Kino və Televiziya Sənəti Akademiyası) növbəti laureatlarının adı açıqlanıb.

Qaliblər Britaniya Film Mükafatlarının 75-ci yubiley mərasimində elan edilib.

Yeni Zelandiyalı dram rejissoru Ceyn Kempionun "The Power of the Dog" filmi ən yaxşı film mükafatına layiq görülüb. C.Kempion ən yaxşı rejissor mükafatını britaniyalı aktyor Benedikt Kamberbetçin oynadığı eyni filmə görə qazanıb.

Aktyor Vill Smit ən yaxşı kişi roluna görə BAFTA mükafatını qazanıb, 53 yaşlı sənətçiyə mükafat "Kral Riçard" filmində tennisçilər Serena və Venus Uilyamsın atası rolunu qazandırıb. Bundan əvvəl o, Qızıl Qlobus, Aktyorlar Gildiyası Mükafatına layiq görülüb və eyni rola görə Oskar mükafatına namizəd olub. Bu, Smitin karyerasında ilk BAFTA mükafatıdır.

Britaniyalı aktrisa Coanna Skanlan rejissor Alim Xanın "After Love" filmində Meri Hüseyn roluna görə “Ən yaxşı qadın rolu” mükafatını qazanıb.



Әlaqәli Xәbәrlәr