Türkiyədə “Azərbaycan düşüncə tarixi”

Türkiyədə ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə azərbaycanlı professor Əli Əskərin (Ali Asker) elmi redaktorluğu ilə həmvətənlərimizdən ibarət professorların “Azərbaycan düşüncə tarixi” adlı kitabı dərc olunub

1770237
Türkiyədə “Azərbaycan düşüncə tarixi”
Azərbaycan düşüncə tarixi_kitab.jpg

 

  Türkiyədə ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə azərbaycanlı professor Əli Əskərin (Ali Asker) elmi redaktorluğu ilə həmvətənlərimizdən ibarət professorların “Azərbaycan düşüncə tarixi” adlı kitabı dərc olunub.

  Trend-in məlumatına görə, iki cilddən ibarət olan və 19-cu əsrin ortalarında yaşamış azərbaycanlı dahi şəxsiyyətlər haqqında məlumatlarınn bir arada toplandığı kitabda həm də onların həyat və yaradıcılığını əks etdirən fotolar da yer alıb.

  Kitabda həmçinin 19-cu əsrin ortalarında baş verən ən mühim hadisələrin xronoloji ardıcıllığı əks olunub.

  Ön sözünü Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun yazdığı kitabın təqdimatı Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Abdullah Eren tərəfindən edilib.

  Kitab müəllifi professor Əli Əskər “Azərbaycan düşüncə tarixi” adlı kitabının Türkiyədə Azərbaycanı daha yaxşı tanıtmaq üçün daha bir addım olduğunu bildirib. 



Әlaqәli Xәbәrlәr