Prezident Ərdoğan “Kəsişmə; nə yaxşı ki, varsan Eren” filminin qala gecəsinə qatılıb

Eren Bülbülün doğum günü 1 yanvar 2022-ci ildə  kinosevərlərin görüşünə gələcək filmin qala gecəsi paytaxt Ankaradakı Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilib.

1755059
Prezident Ərdoğan “Kəsişmə; nə yaxşı ki, varsan Eren” filminin qala gecəsinə qatılıb
erdoğan1.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan Trabzon vilayətinin Maçka qəsəbəsində 2017-ci il avqustun 11-də terrorçu və qəhrəman əsgərlərimiz arasında baş verən qarşıdurmada şəhid olan Eren Bülbül və şəhid zabit başçavuş (serjant) Ferhat Gedikin hekayətindən bəhs edən “Kəsişmə; nə yaxşı ki, varsan Eren” filminin qala gecəsinə qatılıb. 

Eren Bülbülün doğum günü 1 yanvar 2022-ci ildə  kinosevərlərin görüşünə gələcək filmin qala gecəsi paytaxt Ankaradakı Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilib.

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) birgə istehsalı olan filmin qalasında ailə və sosial xidmətlər naziri Derya Yanık, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədr müavini Binali Yıldırım, Prezident Administrasiyasının Əlaqələr direktoru Fahrettin Altun, TRT İdarə Heyətinin sədri Əhməd Albayrak və TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı, Anadolu Agentliyinin sədri və Baş direktoru Serdar Karagöz də iştirak ediblər.



Әlaqәli Xәbәrlәr