Murat Karahan İtaliya Respublikası ordeni ilə təltif edilib

Dövlət Opera və Baletinin (DOB) baş direktoru, tenor Murat Karahan İtaliyanın Ulduz Cəngavər ordeni ilə təltif edilib.

1729312
Murat Karahan İtaliya Respublikası ordeni ilə təltif edilib
murat karahan italya devlet nisani1.jpg
murat karahan italya devlet nisani.jpg

2009-cu ildən dünya şöhrətli opera müğənniləri tərəfindən yetişdirilən və “İtaliya türkü” ləqəbi ilə bilinən Karahan İtaliyanın ən mühüm səhnələrində çox s ayda opera tamaşasında baş rol alıb. Türkiyəni xaricdə qürurla təmsil edən Murat Karahan İtaliyanın çox az adama verdiyi İtaliya Respublikası ordeni ilə təltif edilib.

İtaliyanın Ankaradakı səfiri Massimo Qaiani səfirlikdə keçirilən mərasimdə Karahana İtaliya Dövlətinin ordenini təqdim edib. Səfir Qaiani: “Murat Karahan Türkiyə ilə İtaliya arasında əhəmiyyətli mədəniyyət körpüsü saldı. O, bu iki ölkənin ən yaxşı səfiri və mübahisəsiz bir sənətkardır. Ona İtaliya Dövlət Medalı təqdim etməkdən xoşbəxtik”.

Murat Karahan da  İtaliya Prezidenti Sercio Mattarella və səfir Massimo Qaianiyə İtaliya Dövlət Ordeninə görə təşəkkür edib və  medalının iki ölkə arasında dostluğun simvolu olduğunu vurğulayıb. Murat Karahan mərasimdən sonra tamaşaçılara italyan və türk mahnıları ilə muqi ziyafəti verib.



Әlaqәli Xәbәrlәr