İstanbul “Halal Expo-2021” sərgisinə ev sahibliyi edəcək

Dünyanın ən böyük “halal tədbiri” hesab olunan “Halal Expo” sərgisi ilə Halal sertifikatlı ticarət həcmini artırmaq, yeni bazarlara çıxışı təmin etmək və sektorlardakı inkişafları yaxından izləmək məqsəd götürülür.

1728162
İstanbul “Halal Expo-2021” sərgisinə ev sahibliyi edəcək

İstanbul Konqres Mərkəzində keçiriləcək olan yarmarkaya 25-dən çox ölkədən milli və fərdi iştirakçılar qatılacaq. Sərgi, başda qida məhsulları olmaqla kosmetika, maliyyə və turizm kimi sahələrdə fəaliyyət göstərən çox sayda sənaye nümayəndələrini bir araya gətirəcək. Tədbirdə logistika, nəşriyyat, qablaşdırma və təhsil kimi müxtəlif sektorlardan təşkilatların da iştirakı gözlənilir. Yarmarka iştirakçılara sektorun aparıcı şirkətləri ilə görüşmək və mümkün biznes potensiallarını qiymətləndirmək imkanı yaradır.

Onlayn şəkildə də izləniləcək tədbir, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında həmrəylik və əməkdaşlığın artırılması, eləcə də üzv olmayan ölkələrdə də halal sektoru ilə bağlı məarifləndirməni artırmaq və əlaqələrin gücləndirilməsi məqsədini daşıyır.

Halal sertifikatlı ticarət, sağlam və gigiyenik olduğu üçün müsəlmanlarla yanaşı qeyri-müsəlmanların da diqqətini çəlb edir.



Әlaqәli Xәbәrlәr