Beynəlxalq Ankara caz festivalı başlayır

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Caz Dərnəyinin təşkilatçılığı ilə keçirilən 25-ci Beynəlxalq Ankara Caz Festivalı sabah başlayacaq.

1718999
Beynəlxalq Ankara caz festivalı başlayır

Nazirliyin açıqlamasına görə, festival bu il “Cazda Davamlılıq” mövzusunda keçiriləcək. Uzun müddətli caz fəaliyyətlərinin əhəmiyyətindən və çətinliklərindən bəhs ediləcək festivalda, sosial məsafə və maska istifadəsi kimi tədbirlərə riayət ediləcək.

Yerli sənətçilərdən başqa 4 fərqli ölkədən musiqiçilərin də iştirak edəcəkləri festival “Hərbi Hava Qüvvələri Komandirliyi Qartal Caz Orkestri”nin konserti ilə açıq elan ediləcək. Yıldız İbrahimova orkestri müğənni kimi müşayiət edəcək.

Caz Dərnəyinin 25. İl Xüsusi Mükafatı isə konsertdən əvvəl caz sənətçisi Tuna Ötenelə təqdim ediləcək. Sənətsevərlər 14-24 oktyabr tarixlərində festival çərçivəsində təşkil ediləcək bəzi tədbirlərə ödənişsiz iştirak edə biləcəklər. Arzu edənlər "https://www.cazdernegi.org/festivals/ankaracazfestivali" ünvanından tədbirlər haqqında ətraflı məlumat əldə edə bilərlər.



Әlaqәli Xәbәrlәr