VII Türk Teatr Festivalı çərçivəsində "Almaniyaya köçün 60-cı ildönümü" mədəni yürüşü

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Almaniya Essen (Hessen) Əyaləti Elm və Mədəniyyət İdarəsi ilə Xaricdəki Türklər və Əqrəba İcmaları Departamentinin (YTB) dəstək verdikləri festival yürüşü Frankfurt mərkəzi qatar stansiyasının qarşısından başlayıb

1703083
VII Türk Teatr Festivalı çərçivəsində "Almaniyaya köçün 60-cı ildönümü" mədəni yürüşü

 

  Almaniyanın Frankfurt şəhərində davam edən VII Türk Teatr Festivalı çərçivəsində Türkiyədən birinci nəslin Almaniyaya köçünü təmsil edən "Köçün 60-cı ildönümü" mədəni yürüşü təşkil edilib.

  Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Almaniya Essen (Hessen) Əyaləti Elm və Mədəniyyət İdarəsi ilə Xaricdəki Türklər və Əqrəba İcmaları Departamentinin (YTB) dəstək verdikləri festival yürüşü Frankfurt mərkəzi qatar stansiyasının qarşısından başlayıb.

  YTB sədri Abdullah Eren buradakı çıxışında deyib: "Türkiyəlilər Avropada - Almaniyada 60 ildən böyük uğurlara imza atırlar, dilini, mədəniyyətini, havasını-suyunu bilmədiyi bir ölkəyə gəlib onun iqtisadiyyatı, siyasəti, akademiyası və ictimai həyat sahələrində xidmət edirlər. Uğur Şahin və Özlem Türeci kimi alimlər var. Bu ölkəyə hər sahədə töhfə verən Almaniyadakı Türkiyə cəmiyyəti 60-cı ilində bir müvəffəqiyyət hekayəsi yazır."

  Türkcənin də gələcək nəsillərə ötürülməsinin əhəmiyyətinə toxunan YTB sədri bunları söyləyib: "Türkcəmizi, mədəniyyətimizin daşıyıcısı dilimizi düzgün bir şəkildə gələcək nəsillərə ötürə bilmək üçün ən yaxşı üsullardan biri incə sənətin teatr qoludur. Bu mənada teatr festivallarına çox əhəmiyyət veririk. Türkcənin və ikidilli təhsilin yayılması layihələrini dəstəkləyirik. Dilimizi və mədəniyyətimizi, lütfən, unutmayaq. Birlikdə xaricdə güclü bir millət varlığıyla güclü bir diaspor və güclü bir Türkiyə deyirik."

  Qeyd edək ki, 1 sentyabrda başlayan festival ayın 7-sinə qədər müxtəlif tədbirlərlə Almaniyadakı sənətsevərləri bir araya gətirəcək.



Әlaqәli Xәbәrlәr