Türkiyədə VI Türk Dünyası Sənədli Film Festivalı və Müsabiqəsində Azərbaycan

Festival Türk Dünyası Jurnalistlər Federasiyasının təşəbbüsü ilə baş tutacaq

1699016
Türkiyədə VI Türk Dünyası Sənədli Film Festivalı və Müsabiqəsində Azərbaycan

 

  Türkiyədə VI Türk Dünyası Sənədli Film Festivalı və Müsabiqəsi keçiriləcək. Festival Türk Dünyası Jurnalistlər Federasiyasının təşəbbüsü ilə baş tutacaq.

  Türk Dünyası Sənədlil Film Festivali və Müsabiqəsi Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Respublikası (Qıbrız), Macarıstan və Makedonya başda olmaqla Rusiyadakı muxtar türk cumhuriyyətlərindən Tatarıstan, Çuvaşıstan, Başqırdıstan, Tuva, Yakutiya, Dağıstan, Hakasiya və qohum topluluqlarının iştirakı ilə həyata keçiriləcək.

  Bu il "Türk mədəniyyəti və türkün dünyaya baxışı" başlığı ilə olacaq festivalda Azərbaycanı İstanbul Universiteti İctimaiyyətlə Əlaqələr fakültəsinin radio, televiziya və kino bölümünün aspirantı Səidə Ömər "Xocalıya ədalət!" sənədli filmi ilə təmsil edəcək.

  Festivala tələbə nominasiyası üzrə təqdim olunan ekran əsərində "Şuşa" filmindən, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayevin, operator Seyidağa Mövsümi, Ağasuhun Məmmədlinin Xocalı soyqırımı zamanı çəkilən arxiv video-materiallarından istifadə olunub.

  Qeyd edək ki, Azərbaycandan Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti festivalın həyata keçirilməsi dəstəkləyir.

 

 

 



Әlaqәli Xәbәrlәr