“Hip-Hopun kloun şahzadəsi” dünyadan köçdü
Pərəstişkarlarını kədərə qərq edən Markinin ölüm səbəbilə bağlı məlumat verilməyib
Məşhur repçi Biz Marki (Biz Markie) 57 yaşında həyatını itirdi.
Pərəstişkarlarını kədərə qərq edən Markinin ölüm səbəbilə bağlı məlumat verilməyib.
Tanınmış repçi 2020-ci ildə 2-ci dərəcəli şəkər xəstəliyilə əlaqədar xəstəxanaya aparılmışdı.
1989-cu ildə "Just a Friend" mahnısıyla tanınan Biz Marki rep musiqisinə əyləncə və yumor da qatdığı üçün "Hip-Hopun kloun şahzadəsi" adlanırdı.
Qeyd edək ki, Hip Hop XX əsrin 70-ci illərinin sonunda Amerikada pis şərtlərdə və azlıq olaraq yaşayan zəncilərin gündəmdən uzaqlaşmaq və əylənmək üçün yaratdığı bir mədəni həyat tərzidir. Bu mədəniyyət özündə rep musiqisi, qraffiti sənəti, breakdans və DJ-liyi birləşdirir.
Hip Hop mədəniyyətinin inkişafında Blues, Funk, Soul və Jazz musiqilərinin təsiri olduqca böyükdür.