Türkiyədə Nizami Gəncəvi beynəlxalq konqresi keçiriləcək

Konqresdə iştirak etmək arzusunda olanların Azərbaycan-Kipr Dostluq Cəmiyyəti ilə əlaqə saxlamaları tövsiyə olunur

1662087
Türkiyədə Nizami Gəncəvi beynəlxalq konqresi keçiriləcək

 

  Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Türkiyənin Bursa şəhərində iyulun 25-dən 29-dək böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqresi keçirəcək.

  Konqresin təşkilat komitəsi adından, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun verdiyi məlumata görə, konqres Nizami Gəncəvi İli çərçivəsində reallaşdırılıb.

  Bildirilib ki, konqreslə bağlı iki xüsusi akademik jurnal nəşr olunacaq. Elm sahəsində dünyaca məşhur olan “Turkish studies” elmi məqalələr jurnalı (https://turkishstudies.net) və Azərbaycanda işıq üzü görən “Elm və İnnovativ Texnologiyalar” beynəlxalq jurnalın konqres materialları ilə bağlı xüsusi nömrəsi nəşr ediləcəkdir.

  Konqresdə iştirak etmək arzusunda olanların Azərbaycan-Kipr Dostluq Cəmiyyəti ilə əlaqə saxlamaları tövsiyə olunur.



Әlaqәli Xәbәrlәr