Yusif Atanın ailə ağacı kitablaşdırılır

Xoca Əhməd Yəsəvinin qardaşı oğlu və tələbəsi Yusif Atanın ailə ağacı kitablaşdırılır

1650426
Yusif Atanın ailə ağacı kitablaşdırılır

Türkiyə Radio Televiziya Qrumu TRT-nin ekranlarından paylaşılan 800 illik ailə ağacı sənəd bərpa edildikdən sonra müasir türk dilinə tərcümə edilərək elektron mediaya köçürüləcəkdir.

Əsrlər əvvələ işıq tutan sənəd Türkiyədə ilk dəfə Türk Radio və Televiziya Qurumu (TRT) ekranlarında elan edildi. Xəbərdən sonra Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) hərəkətə keçərək  Türküstandakı Həzrət Sultan Tarix və Mədəniyyəti Qoruma Muzeyinə təhvil verilən sənəd ilə əlaqəli muzeylə əməkdaşlıq müqaviləsi imzaladı.

TİKA-nın rəhbərliyi ilə bərpa ediləcək ailə ağacı sənədi müasir türk dilinə köçürüldükdən sonra kitab olaraq nəşr olunacaq.

Qeyd edək ki, Qazaxıstandakı Yəsəvi irsini araşdırmaq üçün "Yesevi Yolu" adlı bir layihə başladıldı. Layihə ilə Türkmənistan, Özbəkistan, Qırğızıstana aid yeni sənədlər əldə ediləcək.



Әlaqәli Xәbәrlәr