“Eurovision-2021” mahnı müsabiqəsinin qalibi

Rotterdam şəhərinin Ahoy salonunda reallaşdırılan Avroviziya mahnı müsabiqəsinin finalında 26 ölkənin nümayəndələri mübarizə aparırdı

1644067
“Eurovision-2021” mahnı müsabiqəsinin qalibi

 

  Bu il Hollandiyada 65-cisi təşkil edilən “Eurovision-2021” mahnı müsabiqəsini "Zitti E Buoni" mahnısıyla İtaliyanı təmsil edən “Maneskin” rok qrupu qazandı.

  Rotterdam şəhərinin Ahoy salonunda reallaşdırılan Avroviziya mahnı müsabiqəsinin finalında 26 ölkənin nümayəndələri mübarizə aparırdı.

  Yeni tip koronavirusu üzündən 2020-ci ildə keçirilməyən və bu ilə təxirə salınan müsabiqəyə son 24 saat içində “Covid-19” mənfi test cavabı alınmış 3500 tamaşaçı qatılmışdı. (Bu rəqəm yarışın keçirildiyi salonun 20 faizi deməkdir.)

  Müsabiqədə İtaliyanı təmsil edən “Maneskin” rok qrupu "Zitti E Buoni" mahnısı ilə 524 bal toplayaraq birinci oldu. Fransanın nümayəndəsi Barbara Pravinin səsləndirdiyi "Voila" mahnısı 499 balla ikinci, İsveçrənin təmsilçisi Cicon Tersin (Gjon's Tears) "Tout l'Univers" mahnısı isə 432 balla üçüncülüyü əldə etdi.

  Azərbaycanı "Mata Hari" adlı mahnısı ilə təmsil edən Samirə Əfəndi 65 balla 20-ci oldu.

  Qeyd edək ki, “Eurovision-2021” mahnı müsabiqəsi 45 ölkədən canlı izlənilib.



Әlaqәli Xәbәrlәr