TRT 6 May Radio Gününü dinləyiciləriylə birlikdə qeyd edir

TRT Türkiyə radiosunun 94 illik köklü keçmişindən güc alaraq ölkənin səsini dünyaya duyurmağa davam edir.

1634996
TRT 6 May Radio Gününü dinləyiciləriylə birlikdə qeyd edir

Türkiyə radiosunun 94 illik köklü keçmişindən güc alaraq ölkənin səsini dünyaya duyurmağa davam edən Türkiyə Radio Televiziya Qurumu – TRT 6 May Radio Gününü dinləyiciləriylə birlikdə qeyd edir.

  Türkiyədə ilk rəsmi radio yayımı olan TRT radiosu 6 may 1927-ci ildən efirə başlayıb. 2009-ci ildən etibarən TRT Radio Günləri tədbirlərilə geniş şəkildə qeyd olunurdu. Bu il də keçən il olduğu kimi korona virusuna görə ləğv edildi. Tədbirlər onlayn keçirilir.

  TRT Radio Departamentinin başçılığı ilə TRT radio yayımları 94-cü ildönümü münasibətilə proqramlarını evlərdən dinləyicilərinə çatdırır. 
"TRT FM"in bu gün üçün xüsusi hazırlayacağı yayımda "Radio mənim üçün", "Radiolu xatirələrim"və Mən radioçu olsam" kimi dinləyicilərin düşüncə və təkliflərini dilə gətirəcəyi mövzulardan danışılacaq.

  Qeyd edək ki, TRT radiosu Türkiyədə ilk radio olaraq 6 may 1927-ci ildən İstanbulun Sirkeci rayonundakı “Büyük Postane”nin studiyaya çevrilən dam qatından duyulan ilk anonsla başlayıb və 1964-cü ildə qurulacaq TRT televiziyasının təməli olub. Bu gün TRT Radiosu 94 illik köklü tarixindən güc alaraq dövlət siyasəti və prinsiplərini rəhbər tutur, dinləyici, tamaşaçı zövqünü oxşayır, öncül ana radio rolunu oynamağa davam edir.



Әlaqәli Xәbәrlәr