Sadiq Əhmədin həyatı mavi ekran gəlir

Film haqqında ilk dəfə TRT İdarə Heyətinin sədri İbrahim Eren sosial media hesabından paylaşaraq yazıb...

1624176
Sadiq Əhmədin həyatı mavi ekran gəlir

 

  Türkiyə Radio Televiziya Qurumu – TRT Qərbi Trakiya türklərinin haqq və azadlıq mübarizəsinin lideri, Gümülcineli tibb doktoru və siyasətçi Sadiq Əhmədin (Sadık Ahmet) həyatını mavi ekrana gətirir.

  Film haqqında ilk dəfə TRT İdarə Heyətinin sədri İbrahim Eren sosial media hesabından paylaşaraq yazıb: "Qərbi Trakiya türklərinin haqq və azadlıq mübarizəsinin lideri mərhum Sadiq Əhmədin həyatından bəhs edən bədii filmin çəkilişinə başladıq. Yunanıstanın təzyiqçi siyasətinə qarşı mübarizə aparan Sadiq Əhmədin bu günə işıq tutan mübarizəsi heç zaman unudulmayacaq. Ruhu şad olsun!"

  Çəkilişlərinə avqust ayında başlanacaq "Doktor Sadiq Əhməd" filmi  2022-ci ilin mart ayında tamaşaçılara təqdim ediləcək.

  Sadiq Əhmədin gəncliyindən son günlərinədək əhatə olunan filmin çəkilişləri İstanbul, Şimali Makedoniya və Belçikanın paytaxtı Brüsseldə olacaq.



Әlaqәli Xәbәrlәr