YTB xaricdə yaşayan uşaqlar üçün "Mənim bayramım" müsabiqəsi təşkil edib

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) xaricdə yaşayan uşaqlar üçün "Mənim bayramım" müsabiqəsi təşkil edib.

1621318
YTB xaricdə yaşayan uşaqlar üçün "Mənim bayramım" müsabiqəsi təşkil edib

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) xaricdə yaşayan uşaqlar üçün "Mənim bayramım" müsabiqəsi təşkil edib.

Ramazan ilə  23 aprel - Milli Suverenlik və Uşaq Bayramı ilə əlaqədar olan müsabiqə üçün müraciətlər 23 aprelə qədər davam edəcək.

YTB ​​tərəfindən edilən yazılı şərhə görə, İdarənin Uşaq Akademiyası Proqramı çərçivəsində şer, hekayə, rəsm və rəqəmsal rəsm kateqoriyalarında "Mənim bayramım" başlığı ilə təşkil ediləcək müsabiqəyə ölkə xaricində yaşayan 4-14 yaş arasındakı bütün Türkiyə vətəndaşları, xaricdə yaşayan ikili vətəndaşlar və ya mavi kart sahibi bütün uşaqmlar müraciət edə bilər.

Müsabiqədə "Bayramlar sənin üçün nə deməkdir, hansı hissləri yaşamağa vadar edir, nəyi xatırladır, bu iki bayram şəhərinizdəki uşaqların həyatını necə təsir edir? suallarına fərqli kateqoriyalarda cavab axtarılacaq.

Buna görə, hər bir kateqoriyada müraciət edənlərin göndərdiyi yalnız bir müsabiqə işi qiymətləndiriləcək və müvəffəq olan namizədlər YTB Uşaq Akademiyası hədiyyə paketi ilə mükafatlandırılacaq.

Yarışmaya qatılmaq istəyənlər 23 aprel tarixinədək proqram haqqında ətraflı məlumat əldə etmək üçün "http://cocukakademisi.ytb.gov.tr/benimbayramim" ünvanından müraciət edə biləcəklər.



Әlaqәli Xәbәrlәr