“Google” "Turist Ömər"in ad gününü xüsusi loqo ilə qeyd etdi

“Google” Türkiyənin tanınmış teatr və kino aktyoru Sədri Alışıkın ad gününü xüsusi loqo ilə qeyd etdi

1614976
“Google” "Turist Ömər"in ad gününü xüsusi loqo ilə qeyd etdi
google sadri alisik doodle.jpg

 

  “Google” Türkiyənin tanınmış teatr və kino aktyoru Sədri Alışıkın ad gününü xüsusi loqo ilə qeyd etdi.

  5 aprel əsas səhifəsində “Google” internet istifadəçilərini canlandırdığı "Turist Ömər" rolu ilə daha çox yaddaşlarda qalan Sədri Alışıkın 96 yaşı üçün hazırladığı xüsusi "doodle" ilə qarşılayır.

  “Doodle” dünya ölkələri üçün əhəmiyyətli gün və bayramları, mədəni hadisə və tarixi şəxsiyyətləri müəyyən günlərdə şəkillərlə verərək o insan və olaylara diqqət çəkir.

  Xüsusi dizaynlı loqonun üstünə basılaraq o günə, adama və mövzuya dair ətraflı məlumat almaq mümkündür.



Әlaqәli Xәbәrlәr