H.Z.Tağıyev haqqında film “Hollywood”da

Hacı Zeynalabdin Tağıyev barədə film “Hollywood” jurnalında qalib ekran əsərləri sırasında yer alıb

1601826
H.Z.Tağıyev haqqında film “Hollywood”da

 

  Hacı Zeynalabdin Tağıyev barədə çəkilən “100 illik şərəfli ömür” filmi “Hollywood Blood Horror” festivalının jurnalında qalib olmuş filmləri sırasında yer alıb. Bu barədə Azərtac informasiya agentliyinə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. O bildirib ki, ABŞ Nümayəndələr Palatasının dəstəyi ilə keçirilən “The Broadway International Film Festival”ı pandemiyaya görə 2020-ci ildə keçirilməli olan festival seçimini 2021-ci ilə təxirə saldı. Filmimiz festivalın jurnalında qaliblər sırasına göstərilib. Keçən ay “100 illik şərəfli ömür” filmi festivalın sertifikatına layiq görülmüşdü, indi isə qalib filmlər sırasındadır.

  C.Qasımov deyib ki, Hacı Zeynalabdin Tağıyev barədə çəkilən “100 illik şərəfli ömür” filmi artıq Avropadan, ABŞ-dan 11 mükafat alıb. Film hətta Lissabon şəhərində keçirilən “Heritales - International Heritage Film Festival”da da fərqlənib. Lissabon Universiteti ekran əsərini 2022-ci ilə qədər dünya irsini öyrənmək və tələbələrə göstərmək məqsədilə bizlə müqavilə bağlayıb. “100 illik şərəfli ömür” filmi tələbələr arasında bəyənildiyinə görə universitetlə müqaviləmiz bir il də uzadılıb. Bizim məqsədimiz Hacı Zeynalabdin Tağıyevi dünyada tanıtmaqdır.

  Redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub.

  Qeyd edək ki, “The Broadway International" Film Festival Los-Angeles (BIFFLA)” 14 illik festivaldır və ABŞ Nümayəndələr Palatasının dəstəyi ilə Los-Ancelesdə keçirilir.



Әlaqәli Xәbәrlәr