Benin Respublikasında Türk İstiqlal Marşı oxundu

Benin Respublikasının məşhur uşaq xoru “Les Choeurs du Benin”, İstiqlal Marşının (himn) qəbul edilməsinin 100-ci ildönümü münasibətiylə Türkiyə səfirliyində himnimizi ifa edib.

1602164
Benin Respublikasında Türk İstiqlal Marşı oxundu

Türkiyənin Kotonu səfiri Kamal Onur Özçeri bu barədə açıqlama verib.

Səfir: “İstiqlal marşının qəbulunun 100-cü ildönümü münasibətiylə səfirliyimizdə təşkil edilən tədbirə ölkənin ən uğurlu gənc musiqi kollektivi “Les Choeurs du Benin”-i dəvət etdik. Gənc xor dəvətimiz üzrə iştirak etdiyi tədbirdə himnimizi səsləndirdi. Aralarında Türk olmayan bu istedadlı Beninli gənclərdən istiqlal marşını qüsursuz dinləmənin sevincini yaşadıq”. Qeyd edək ki, 1993-cü ildə Feliks Nassi tərəfindən qurulan “Les Choeurs du Benin” musiqi kollektivi uşaqlara musiqi sevgisini mənimsətmək və eyni zamanda yerli istedadların inkişafına töhfə vermək məqsədi daşıyır.

“Les Choeurs du Benin”-in İsveçrə, Kanada və Cənubi Koreya kimi ölkələrdə təşkil edilən festivallarda iştirak etdiyi bilinir.



Әlaqәli Xәbәrlәr