Türk kinosu Berlin Film Festivalında tanıdılacaq

Avropanın qabaqcıl film festivallarından biri olan 71-ci Berlin Beynəlxalq Film Festivalında Türk kinosu da yer alacaq.

1593534
Türk kinosu Berlin Film Festivalında tanıdılacaq

Avropanın qabaqcıl film festivallarından biri olan 71-ci Berlin Beynəlxalq Film Festivalında Türk kinosu da yer alacaq.

Mədəniyyət və Turizm Nazirliyinin verdiyi açıqlamaya görə, 71-ci Berlin Film Festivalı 1-5 Mart tarixlərində onlayn olaraq sektor nümayəndələri üçün və 9-20 İyun tarixlərində "Covid-19" epidemiyası səbəbiylə tamaşaçılar üçün iki hissədə təşkil ediləcək. 

Festivalın "Avropa Film Bazarı Türkiyə" hissəsində 2020-ci ildə çəkilən və cari il çəkilişi davam edən uzun metrajlı və sənədli filmlərlə nümayiş etdiriləcək.

Mədəniyyət və Turizm Nazirliyi, Boğaziçi Mədəniyyət və İncəsənət Vəqfinin əməkdaşlığında təşkil edilən  "Avropa Film Bazarı Türkiyə" hissəsində "Xarici Film İstehsalı Dəstəyi" də beynəlxalq kino mütəxəssislərinə təqdim ediləcək.

Bu il 15 filmin böyük mükafat uğrunda mübarizə aparacağı əsas yarışmanın münsif üzvləri arasında əvvəlki illərdə Qızıl Ayı qazanan Məhəmməd Rəsoulof, Nadav Lapid, Adina Pintilie, İldiko Enyedi, Gianfranco Rosi və Jasmila Zbanic də var.

Kanat Doğramacının prodüser, Ferit Karahanın rejissor olduğu ikinci uzun metrajlı filmi "Məktəb Taraşı" 71-ci Berlin Film Festivalının "Panorama" hissəsində yer alacaq.



Әlaqәli Xәbәrlәr