TBMM 2021-ci ilin "İstiqlal Marşı ili" olaraq elan edilməsi haqqında qərar qəbul etdi

TBMM Baş Məclisində TBMM sədri Mustafa Şentop və 5 siyasi partiyanın imzası ilə təqdim olunan birgə təklifilə 2021-ci ilin "İstiqlal Marşı ili" olaraq elan edilməsi haqqında qərar qəbul edilib.

1551147
TBMM 2021-ci ilin "İstiqlal Marşı ili" olaraq elan edilməsi haqqında qərar qəbul etdi

Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş Məclisində TBMM sədri Mustafa Şentop və 5 siyasi partiyanın imzası ilə təqdim olunan birgə təklifilə 2021-ci ilin "İstiqlal Marşı ili" olaraq elan edilməsi haqqında qərar qəbul edilib.

TBMM Baş Məclisində Məclis sədri Şentopun ilk imzaladığı və Ədalət və İnkişaf Partiyası (AK Partiya), Cümhuriyyət Xalq Partiyası (CHP), Xalq Demokrat Partiyası (HDP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiyanın imzalarının yer aldığı təkliflə 2021-ci ilin "İstiqlal Marşı İli" olaraq qəbul edən tənzimləmə qəbul edilib.

Tənzimləmə ilə 2021-ci il "İstiqlal Marşı ili" olacaq. 2021-ci il boyu bütün dövlət qurumları və təşkilatları tərəfindən İstiqlal Marşının mənasını və Azadlıq müharibəsinin əhəmiyyətini şərh etmək məqsədilə əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakı ilə İstiqlal Marşının qəbulu və milli şair Mehmet Akif Ersoyu anım tədbirləri təşkil ediləcək.

Təklifin əsaslandırılmasında İstiqlal Marşının böyük şair Mehmet Akif Ersoyun Anadolunun dörd bir yerində davam edən Milli Mübarizənin ruhunu və qəti əminliyini əks etdirən və həmin zamanda o böyük coşğu və həyəcan qazandıran abidəvi əsəri olduğu bildirilib.

İstiqlal Marşının zülmə, işğalçıya və müstəmləkəçiyə baş əyməyən və dünyaya meydan oxuyan bir müqavimət dastanı olduğu vurğulanan əsaslandırmada Mehmet Akif Ersoyun misralarının Milli Mübarizənin ruhunu təmsil etdiyi, sadəcə sözlərilə deyil mənası və həqiqəti ilə yaşayan bir coşğu və həyəcanı əks etdirdiyi ifadə olunub.



Әlaqәli Xәbәrlәr