UNESCO-nun siyahısına Türkiyədən 19-cu element daxil oldu

Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO) qeyri-maddi mədəni irs siyahısında qeydə alınan mədəniyyət elementlərinin sayı 19 olub.

1546872

Xarici İşlər Nazirliyi  “Miniatür sənəti”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi  ilə bağlı bəyanat yayıb.

Bəyanatda dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi müzakirə olunduyu və bu mədəni elementin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul edildiyi bildirilib.
"Biz köklü tariximizdən gətirdiyimiz zəngin mədəni dəyərlərimizi qorumağa, yaşatmağa və təbliğ etməyə qətiyyətlə davam edəcəyik" deyə bəyanatda vurğulanıb.

Әlaqәli Xәbәrlәr