Pekinin turizm məkanları yenidən xidmətə başladı

Turistlər biletləri əvvəlcədən onlayn qaydada almalı, muzeylərə girərkən maska taxmaları, sağlamlıq haqqında elektron arayış təqdim etməlidirlər.

1408942
Pekinin turizm məkanları yenidən xidmətə başladı

 

  Çində yeni növ korona virusu (Covid-19) epidemiyası ilə əlaqədar yanvar ayından bağlı olan Pekinin populyar turizm məkanları, muzeylər, qalereyalar mayın 1-dən etibarən xidmətə başladı.

  Hökumətin infeksiyanın yayılmasına qarşı həyata keçirdiyi tədbirlər, o cümlədən paytaxt da daxil olmaqla, tətbiq edilmiş ciddi karantin rejimi, habelə vətəndaşların özünütəcrid, sosial məsafə və fərdi gigiyena qaydalarına riayət etməsi nəticəsində ölkədə epidemioloji vəziyyət xeyli yaxşılaşıb. Bu da öz növbəsində bütün sahələrdə fəaliyyətin bərpasına imkan yaradıb. Pekindəki Paytaxt Muzeyi və bu il 600 yaşı tamam olan İmperator Sarayı ("Qadağan olunmuş şəhər" və ya Saray Muzeyi) mayın 1-də ölkədə qeyd olunan Əmək Bayramı günündən etibarən açıqdır.

  Turistlər biletləri əvvəlcədən onlayn qaydada almalı, muzeylərə girərkən maska taxmaları, sağlamlıq haqqında elektron arayış təqdim etməlidirlər. Bədən hərarəti 37,3 dərəcədən çox olanlar, habelə xəstəlik əlamətləri olanlar turizm obyektlərinə buraxılmır. Paytaxt Muzeyində ilkin mərhələdə gündəlik ziyarətçi limiti 3 min, Saray Muzeyində isə 5 min nəfər müəyyən edilib.

  Pekin şəhər hökumətinin mədəniyyət və turizm bürosu Çin Paytaxt Kitabxanası, Pekin İncəsənət Akademiyası Muzeyinin də mayın 1-dən fəaliyyətini bərpa etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr